YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev efiopiyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Prezident Sahle-Vork Zevdeyə təbrik məktubu göndərib.

Milli bayram münasibətilə Prezident Sahle-Vork Zevdeyə və Efiopiya xalqına təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir”.