YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Senator Natali Qule: Azərbaycan Cənubi Qafqazda bizim sülhməramlı müttəfiqimizdir

Bu sözləri “opinion-internationale.com” saytına müsahibəsində Fransa Senatının üzvü Natali Qule deyib.

Senator bildirib ki, tənqidçilər Azərbaycanda “demokratik keyfiyyətlər”in tanınmadığını iddia edirlər.

“Azərbaycan 24 yaşı olan çox gənc bir ölkədir. O, aşkar şəkildə Ermənistanla müharibə şəraitindədir, tez-tez ölüm halları baş verir. Amma bu barədə danışılmır”, - deyə Fransa Senatının üzvü söyləyib.

Senator qeyd edib ki, Azərbaycan Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işləyir.

“Heç nə bir günə tikilə bilməz. Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Amma anti-kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir ölkədə keçirilən Oyunlarda iştirak edir. Həmçinin Ermənistan Azərbaycan hökümətinin və erməni idmançılarının cəsarətli addımı sayəsində bu Oyunlarda təmsil olundu,” – deyə N.Qule əlavə edib.

Geostrateji baxımdan Azərbaycan Avropa ilə müttəfiq olduğunu vurğulayan senator deyib: “Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır. Bu ölkə, həmçinin neft, qaz və kənd təsərrüfatı sahəsində baxımından da Fransa üçün mühüm ticarət tərəfdaşıdır. Azərbaycan sürətlə inkişaf edir. Hələ 1918-ci ildə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib. Azərbaycan tamamilə dünyəvi respublikadır. Burda sinaqoqlar, kilsələr var, yəhudilərə, xristianlara digər azsaylı xalqlara heç bir problem yoxdur. Müsəlman ölkə olmasına baxmayaraq, İsrail ilə də sıx diplomatik əlaqələri var. Burada heç vaxt antisemist problemlər olmayıb. Azərbaycan radikal islama qarşı mübarizə aparır və İŞİD-ə qarşı müttəfiqlər arasında yer alır.