YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda 28 May - Müstəqillik Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı tərəfindən Pirallahı qəsəbəsi, “Y.Əliyev küçəsi 8”, Pirallahı qəsəbəsi “S.Bağırov küçəsi 5” və Gürgən qəsəbəsi, “İlqar Məcidov küçəsi 41” ünvanları üzrə ərazi partiya təşkilatlarında “28 May - Müstəqillik Günü” münasibətilə  silsilə tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və digərləri müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışıblar. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq qısa müddət ərzində bir çox mühüm nailiyyətlərə imza atılıb, Azərbaycanın ilk parlamenti və hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət sərhədləri müəyyənləşdirilib. SSRİ-nin süqutundan sonra yenidən dövlət müstəqilliyini əldə edən ölkəmiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində öz suverenliyini qoruyub saxlayıb, dünya birliyinin ən sürətlə inkişaf edən və beynəlxalq nüfuza malik olan üzvünə çevrilib. Müstəqilliyin ilk illərində Ulu Öndərin misilsiz xidmətlərindən, Azərbaycanın əldə etdiyi uğurlardan ətraflı bəhs edilib.

Silsilə tədbirlərdə rayonda fəaliyyət göstərən uşaq müəssisələrinin və ümumtəhsil məktəblərinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv