YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqil Azərbaycan Xalq Cümhuriyyətin siyasi varisidir”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında 28 May - Müstəqillik Gününün 105-ci ildönümünə həsr edilmiş “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətin siyasi varisidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının müavini Kəmalə Xəlilova, Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Samux rayon Ağsaqqallar Şurasının üzvü Xasay Yusibov, partiya fəalları Zərifə Məmmədova, Gülvin Babayeva, Leyla Allahyarova 1918-ci il mayın 28-də  müsəlman Şərqinin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, gördüyü işlərdən, xalqımızın həyatında oynadığı rolundan bəhs ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslandığı, ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün müasir Azərbaycan 105 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı, xəyal etdiyi qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın istəyi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyi, Ulu Öndərin əsasını qoyduğu dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

DİGƏR Xəbərlər Arxiv