YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü Qaradağ rayonunda qeyd edilib

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.       

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Millət vəkili Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavin Təranə İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdiblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirdi. O, qeyd etdi ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan tarixinin parlaq səhifəsinə çevrildi.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirdi ki, 1918-ci ilin mayında elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ən böyük xidməti ölkənin idaretmə forması kimi respublika quruluşunu seçmələridir. Belə ki, məhz həmin quruluş demokratik idarəetməni təmin etməklə yanaşı, həmçinin xalq kütlələri tərəfindən seçilən dövlət başçısının məhz onların iradəsini ifadə etməsinə şərait yaradır. Azərbaycan Xalq Cümhuriyyəti həm ölkə, həm də Yaxın Şərq tarixində ilk demokratik dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sonradan formlaşalacaq respublikaların da mühüm təməli rolunu oynadı.

2020-ci ilin noyabrında Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfərə imza atdığını xatırladan YAP Qaradağ rayon təşkilatının sədri, bu tarxi qələbə ilə ərazilərimizin 100 illərlə davam edən işğalına son qoyulduğunu da vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu və atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı. S.Xasayeva xatırlatdı ki, 1991-1993-cü illərdə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mövcud olan xaos və anarxiya nəticəsində xalqımız müstəqilliyi itirmək təhlükəsi ilə baş-başa qaldığı vaxtda Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün həmin siyasət Ulu öndərin ən layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Qaradağ rayon İcra Başçısının müavini Təranə İsmayılova tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynadı. T.İsmayılova qeyd etdi ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şanlı səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci il aprelin 28-də süqut etsə də, tarixdə Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi kimi yer aldı.

Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, şəhid anası Pakizə Abbasova və başqaları bərpa etdsiyimiz müstəqilliyin qorunub saxlanılmasında, müasir müstəqil dövlətimizin möhkəmlənməsində və dünya miqyasında tanınmasında Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi keçmişimizin ən şanlı səhifələrindən biridir. 

DİGƏR Xəbərlər Arxiv