YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin Litvanın Baş naziri İnqrida Şimonite ilə görüşü olub

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olub.

Əvvəlcə birgə foto çəkdirildi.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Baş nazir Litvanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən Tvininq layihələrində fəal rol oynadığını xüsusi qeyd etdi, ölkəsinin bundan sonra da bu sahədə əməkdaşlığa hazır olduğunu bildirdi.

Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə bu sahədə böyük potensialın olduğu vurğulandı. Xüsusilə investisiyalar, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesi haqqında məlumat verdi. Qeyd etdi ki, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üzrə beş prinsip təqdim olunub. Həmçinin Azərbaycan bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib.

Söhbət əsnasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən Brüssel sülh prosesinin əhəmiyyəti vurğulandı. Litvanın Baş naziri ölkəsinin Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasını dəstəklədiyini qeyd etdi. O, nəqliyyat dəhlizlərinin açılması məsələsində Litvanın ərazisindən keçən və Rusiya ilə Kalininqradı birləşdirən tranzit dəhlizi layihəsi üzrə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

DİGƏR Xəbərlər Arxiv