YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Goranboy rayonunda qazilərlə görüşüb

Goranboy rayonunda Milli Məclisin deputatı Anar Məmmədov qazilər ilə görüş keçirib. Görüşdə rayon ağsaqqalları və ziyalıları, Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri iştirak edib.  

Səmimi görüş zamanı bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirən qazilərimiz Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunurlar. 

Daha sonra qazilər Ali Baş Komandanın tapşırığı ilə keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasından fəxrlə söhbət açıblar. Vətən müharibəsinin iştirakçıları döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından danışıblar, müharibə ilə bağlı xatirələrini, göstərdikləri igidlikləri bölüşüblər.

Görüşdə qazilərimizin istək və arzuları dinlənilib, bəzi məsələlər müzakirə olunub.