YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Danışıqlar sülh prosesi yolunda bir addımdır"

Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə danışıqların intensivliyi son günlər çox artıb. Son danışıqlarda müəyyən razılaşmaların əldə olunması da sübut edir ki, müəyyən qərarların həllində irəliləyiş var.

Azərbaycanın Qarabağ ermənilərinə birbaşa müraciəti təqdirəlayiqdir.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “BBC Azərbaycan”a müsahibəsində deyib.

Böyük Britaniyanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyən ölkələrdən biri olduğunu diqqətə çatdıran səfir bildirib ki, hər iki ölkə gec ya tez, bir araya gəlməlidir, bundan qaçış yoxdur.

“Danışıqlar sülh prosesi yolunda bir addımdır. Sülhün davamlı olması üçün zamana ehtiyac olacaq və həmçinin kifayət qədər səy göstərmək lazım gələcək. İkitərəfli müzakirələrdə əsas məsələlərdən biri Qarabağdakı erməni icmasının hüquqları və təhlükəsizliyi ilə bağlıdır. Düşünürəm ki, digər ölkələrdə tətbiq olunan faydalı modellərdən yararlanmaq mümkündür”, - deyə Fergus Auld qeyd edib.