YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Zeyni: “Human Rights Watch” obyektivlik prinsipinə riayət etmir

“Human Rights Watch” ayrı-ayrı ölkələrdə insan hüquqlarının dəyərləndirilməsini apararkən obyektivlik prinsipinə riayət etmir. Bu fikri Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

R.Zeyni bildirib ki, bu təşkilat xeyli müddətdir Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir. Onun sözlərinə görə, “Human Rights Watch” ayrı-ayrı ölkələrdə insan hüquqlarının vəziyyətini eyni meyarlar əsasında dəyərləndirmir ki, bu da sözügedən təşkilatın qeyri-obyektivliyindən irəli gəlir”.

«Guya insan hüquqlarını diqqət mərkəzində saxladığını iddia edən “Human Rights Watch” təşkilatı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox soydaşımızın hüquqlarının pozulmasına etinasızdır. Belə olan halda, Azərbaycan ictimaiyyəti bu cür təşkilatların qərəzli mövqeyinə qəti şəkildə etiraz edir»- deyə, R.Zeyni qeyd edib.