YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Xatirə Kuboku" mini futbol turniri başa çatıb

Hacıqabulda rayon İcra Hakimiyyətinin dəstəyi və YAP Hacıqabul rayon təşkilatı, Rayon Gənclər və İdman İdarəsi, Hacıqabul rayon Təhsil Sektoru və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Xatirə Kuboku" mini futbol turniri başa çatıb.

Turnirdə çıxış edən Atbulaq və Navahı qəsəbə 2 nömrəli tam orta məktəbin komandaları finalda qarşılaşıb. Gərgin keçən mübarizənin qalibi Atbulaq kənd tam orta məktəbin komandası olub. 2-ci yerin qalibi Navahı qəsəbə 2 saylı tam orta məktəbin komandası, 3-cü yerin qalibi isə Hacıqabul şəhər 9 nömrəli tam orta məktəbin komandası olub.

Qalib və mükafatçılara kubok, diplom və medallar təqdim edilib.

Aprelin 13-dən start götürən turnirdə ümumilikdə 24 ümumtəhsil məktəbinin komandası yarışıb.

Futbol sevərlər üçün daha bir əlamətdar hadisə, yeni mini futbol meydançasının istifadəyə verilməsi olub ki, bu da uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman-sağlamlıq işlərinin intensiv aparılması üçün zəmin yaradıb.

Futbol turnirinin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli təşkil etmək,  gənclər arasında sağlam və aktiv həyat tərzinin təbliği və futbol idman növünə marağını artırmaqdan ibarətdir.