YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə futbol üzrə şəhər turnirinə start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı tərəfindən həvəskar komandalar arasında futbol üzrə şəhər turnirinə start verilib.

Açılış mərasimində YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Qeyd olunub ki, Ulu Öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməyib.

Çıxışlardan sonra oyuna start verilib.

Qeyd edək ki, 10 komandanın iştirak etdiyi turnir mayın 25-ə qədər davam edəcək.