YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev - Müasir Azərbaycanın xilaskarı

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı və “Orion-E” MMC ərazi partiya təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev - Müasir Azərbaycanın xilaskarı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xalqa bağışlanan ömür” adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Orion-E” ərazi partiya təşkilatının sədri Elşad Astanov və digərləri əbədilik qazanan ümummilli lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsindən danışıblar.

Sonda şəhid, qazi və imkansız ailələrə sovqat paylanılıb.

DİGƏR Xəbərlər Arxiv