YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laszlo Köver: Macarıstan Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir

Macarıstan Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir. Xüsusilə enerji təhlükəsizliyinin təmini məsələsində Azərbaycan ilə əməkdaşlıq rəsmi Budapeşt üçün çox önəmlidir.

Bu fikirləri Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver Bakıda jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanın Cənubi Qafqazda aparıcı ölkə olduğunu vurğulayan Milli Assambleyanın sədri bildirib ki, Avropa İttifaqının üzvü kimi Macarıstan Azərbaycanı regionda ən strateji tərəfdaş hesab edir. Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqının regionda ən vacib tərəfdaşlarından biridir. Avropa İttifaqı Azərbaycanla əlaqələrə böyük önəm verməlidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində regionda ən aparıcı ölkədir.

Laszlo Köver deyib ki, Macarıstan Azərbaycanla təkcə enerji sahəsində deyil, bir çox sahələrdə əməkdaşlığın inkişafına önəm verir. O, azərbaycanlı tələbələrin təhsili üçün Macarıstan ali məktəblərində 200 yerin ayrıldığını xatırladıb.