YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri hər zaman ehtiramla xatırlanacaq

Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev öz güclü iradəsi və nadir liderlik qabiliyyəti ilə müasir Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və onun yeni dövlətçiliyinin təməlinin qoyulmasına, millətin birliyinə, həmrəyliyinə misilsiz töhfələr verib.

Bu fikirlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə olunub.

“Özbəkistan ilə Azərbaycan arasında çoxşaxəli və uzunmüddətli münasibətlərin hərtərəfli inkişafı, dost və qardaş ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bu dahi şəxsiyyətin misilsiz xidmətlərini hər zaman yüksək ehtiram duyğuları ilə xatırlayacağıq”, - deyə təbrikdə vurğulanıb.

Məktubda qeyd edilir ki, bu əlamətdar yubiley münasibətilə Özbəkistanda Heydər Əliyevin mənalı həyat yoluna və örnək fəaliyyətinə həsr olunmuş çoxsaylı dəyirmi masalar, müxtəlif mədəni-maarif tədbirləri, elmi-bədii ədəbiyyatların nəşri özbək xalqının bu dahi şəxsiyyətə hədsiz ehtiramının parlaq ifadəsidir.

Özbəkistan Prezidenti məktubunda azərbaycanlı həmkarı İlham Əliyevə müraciətlə yazıb: “Biz Zati-alinizi möhtərəm atanızın başladığı şərəfli yolun layiqli davamçısını, ölkəsinin nüfuzunu beynəlxalq aləmdə böyük dərəcədə artıran və tarixi ədaləti bərpa edən mahir siyasi xadimi Özbəkistanın əsl dostu kimi tanıyırıq, həmçinin strateji tərəfdaşlığımızın yeni səviyyəyə yüksəlməsi üçün Sizin fəal səylərinizi tam dəstəkləyirik”.

DİGƏR Xəbərlər Arxiv