YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nadir şəxsiyyət, böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu...

Belarusun “BELTA” dövlət informasiya agentliyi Ümummilli Lider Heydər Əliyevin və görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyləri ilə əlaqədar məqalə yayıb.

Məqalədə Heydər Əliyevin və Zərifə Əliyevanın keçdiyi həyat yolu barədə ətraflı məlumat verilib. Ulu Öndərin nadir şəxsiyyət, böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu olduğu qeyd edilib.

Belarus ilə Azərbaycan arasında münasibətlərin yaranmasında Ümummilli Liderin müstəsna xidmətləri vurğulanıb.

Məqalədə, həmçinin akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycanda müxtəlif tədbirlərin keçirildiyi bildirilib, onun oftalmologiya sahəsində xidmətlərinə geniş yer ayrılıb.

DİGƏR Xəbərlər Arxiv