YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü dövlətlər sırasında addımlayırıq

Nurəddin İbrahimov

YAP Gəncə şəhər təşkilatının sədr müavini, Siyasi elimlər üzrə fəlsəfə doktoru

Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürülməsi missiyanı layiqincə və şərəflə yerinə yetirib. Bu fenomen şəxsiyyət üzərinə götürdüyü xalqımızın ağır, taleyüklü məsələlərinin minilliklər boyu möhkəm mənəvi təməl üzərində inamla irəliləməsinə şərait yaradıb.

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Prezident cənab İlham Əliyev geniş məzmunlu çıxışında qeyd etdiyi kimi, Ulu Öndər həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışan bir şəxs olub.

Qurmaq, yaratmaq, Azərbaycan dövlətini dünyada tanıtmaq xalqımızı parlaq gələcəyə aparmaq Ulu Öndər Heydər Əliyevin həyat amalı idi. Dahi şəxsiyyət nadir dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanın ağır günlərində xalqın harayına çatdı, dövlətçiliyimizi, müstəqilliyimizi, mövcudluğumuzu qoruyub saxladı. Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda demokratik və hüquqi dövlət qurmağa nail oldu.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Ali Baş Komandan, Prezident, Ümummilli Liderin layiqli varisi cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu gün Şuşa azaddır və torpağını, Vətənini canından artıq sevən dahi rəhbərin arzusu gerçəkləşib.

Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirak etdiyi “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfransda Prezident İlham Əliyev aparılan müzakirələr zamanı bir daha diqqəti Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan yeni keyfiyyətli inkişaf modelinə yönəltdi: "İstər regional inkişafla, istər beynəlxalq məsələlərlə, istərsə də ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasətimiz tamamilə aydındır. Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük". Qeyd olundu ki, müdrik siyasət nəticəsində Azərbaycanın əzəli torpaqları işğaldan azad olundu və ümumilikdə, erməni təcavüzkarlığına son qoyuldu. Azərbaycanda insan və vətəndaş hüquqları layiqincə təmin edilir, vətəndaşlara diqqət və qayğı göstərilir, insanlar təhlükəsiz şəraitdə yaşayırlar. Eyni zamanda Azərbaycanın Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə dostluq və qardaşlıq münasibətləri olduğu kimi, dünyanın bir çox dövlətləri ilə də möhkəm dostluq və sıx əməkdaşlıq əlaqələri vardır. Ən başlıcası isə beynəlxalq aləmə mesaj göndərildi ki, dünya dövlətləri sülh şəraitində yaşamalıdır.