YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlərini davam etdirir. Keçirilən tədbirlər çoxşaxəli və titanik fəaliyyəti ilə Azərbaycanın hərtərəfli inkişafına davamlı töhfələr verən Ümummilli Liderin misilsiz xidmətlərinin gənc nəslə çatdırılmasında əhəmiyyətli rol oynayır.

Mayın 4-də Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və Respublika Olimpiya Velosiped Məktəbinin  birgə təşkilatçılığı ilə Xətai rayon  məktəbliləri arasında   velosiped idman növü üzrə keçirilən yarış da bu qəbildəndir.

Ümummilli Lider idmanın inkişafını daim diqqətdə saxlayırdı. Dahi rəhbərin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkədə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində atılan addımlar sağlam gəncliyin formalaşmasında, onların asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynadı. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər sırasında idman yarışlarına da yer verilməsi Ümummilli Liderin bu sahəyə diqqət və qayğısının geniş təhlilinə xidmət edir.

Xətai rayonu üzrə  35 məktəbin şagirdlərinin qatıldıqları velosiped idman növü üzrə  yarışda birinci yeri Heydər Əliyev adına lisey, ikinci yeri 261 saylı məktəb, üçüncü yeri isə  269 saylı məktəb tutub.

Qaliblər  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaqlar.