YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda şəhidlərin xatirələri anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları İkinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, rayonun Günəşli kəndindən olan Ağayev Saleh Nurəddin oğlunun anadan olmasının 31-ci ildönümü, Ağalıkənd kəndindən şəhid Mirzəyev Elmar Şahin  oğlunun anım günü, Təzəkənd kəndindən isə Birinci Qarabağ müharibəsi şəhidi Şirinov Ruslan Yusif oğlunun doğum günü  ilə əlaqədar məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Daha sonra şəhidlərin ailələri ziyarət olunub, qayğı və problemləri dinlənilib.

Görüşdə şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib.