YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu xarici siyasət mehriban dostluq və sıx əməkdaşlıq prinsiplərinə əsaslanır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycanın dünyanın bir çox dövlətləri ilə sıx əməkdaşlıq və dostluq əlaqələri vardır. Bu dövlətlərdən biri də məhz Bolqarıstandır. Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur. 1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə cənab İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında Sərəncam imzalamışdır. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Ölkə Prezidenti İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da sıx bağlarla güclənməsi istiqamətində mühüm töhfələr vermişdir. Prezident İlham Əliyev 6 ay bundan öncə də Bolqarıstanda rəsmi səfərdə olmuşdur. Cari ilin 25 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gəlib.

Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Prezident İlham Əliyev geniş və məzmunlu çıxışında vurğuladı ki, bu gün imzalanmış  Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. Bəli, bu sözlər bir daha deməyə əsas verdi ki, həqiqətən Azərbaycan Avrasiyanın yeni enerji xəritəsiniz cızıb. Azərbaycan Avropada etibarlı tərəfdaş və dost ölkə kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev SOCAR-ın Bolqarıstandakı ofisinin açılış mərasimində iştirak ediblər.Ölkə Prezidenti cənab İlham Əliyevin  25 aprel tarixli  səfəri zamanı Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır.

Daha sonra Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.  Görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub.

Azərbaycan enerji sahəsində böyük layihələrin icrası zamanı boru kəmərlərinin ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycanı müdrik siyasət nəticəsində böyük inkişaf yoluna çıxarmış dövlət başçısı cənab İlham Əliyevin sözü imzası qədər qüvvədədir. Dünya liderləri Azərbaycan Prezidentinin güclü siyasətini maraqla izləyir və təcrübəmizdən yararlanırlar.