YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin, səhiyyə işçilərinin və partiya fəallarının iştirakı ilə akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının  sədri Gündüz Bayramov bildirib ki, Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Ölkəmizdə XX əsrin birinci yarısına qədər daha çox terapiya və cərrahiyyə sahələrinin inkişaf etdiyini vurğulayan Gündüz Bayramov məhz Zərifə xanım Əliyevanın xidmətləri sayəsində əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyini diqqətə çatdırıb.

Ərazi partiya təşkilat sədrləri İlham Həsənov, Ağca Atai, Təhminə Əliyeva, partiya fəalları Şəlalə Tağıyeva, Zərifə Məmmədova 2023-cü ilin xalqımız üçün əhəmiyyətli dövr olduğunu qeyd edərək, bu il tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə bərabər, onun ömür-gün yoldaşı, dahi şəxsiyyət, görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də 100 illik yubileyinin təntənə ilə qeyd olunduğunu vurğulayıblar.