YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsl insanlıq zirvəsi

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Görkəmli Akademik Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafı istiqamətində misilsiz xidmətlər göstərmiş, böyük töhfələr vermişdir. Ən yüksək insani keyfiyyətlərə malik Zərifə xanım Əliyeva heç kəsi naümüd qoymamış, öz şəfalı əlləri ilə neçə-neçə insanın gözünə nur vermiş, onları dünya işiğından məhrum olmaqdan xilas etmişdir.

Dünya şöhrətli Akademik Zərifə xanım Əliyeva apardığı araşdırmalar, elmi tədqiqatlar əsasında bir sıra geniş yayılmış göz xəstəliklərini müalicə etmişdir. 

12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin,  1 ixtira və 12 səmərələşdirici təklifin  müəllifi olan Zərifə xanım 1977-ci ildə tibb elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. Bu gün Zərifə xanımın müəllifi olduğu elmi əsərlər, dərsliklər oftalmologiya elminin nadir qaynaq incilərindəndir. Bundan başqa Zərifə xanım Əliyeva çox sayda beynəlxalq mükafatlara və adlara layiq görülmüş və onun səmərəli fəaliyyəti dünyanın tanınmış oftalmoloqları tərəfindən yüksək qiymətləndirilmişdir.

Səhiyyə sahəsində ixtisaslı və peşəkar kadrların hazırlanması məsələsini xüsusi diqqətdə saxlayan Zərifə xanım, bu istiqamətdə böyük və gərgin əmək sərf etmişdir.

Böyük və yorulmaz fəaliyyəti ilə yanaşı Zərifə xanım həm də qayğıkeş Ana, fədakar, sədaqətli ömür-gün yoldaşı olmuşdur. Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında bu fikirləri söyləmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”

Öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsi Azərbaycan Xalqının qəlbində əbədi yaşayacaqdır.