YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji təminatında mühüm faktor

“Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rola malikdir. Bu amil Avropa-Azərbaycan münasibətlərində də özünü daha qabarıq göstərir. Sözsüz ki. Cənub Qaz Dəhlizinin istismara verilməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm faktora çevrilməsini təmin edib. Bu mənada Azərbaycan Avropanın enerji və bir çox sahələrdə etibarlı tərəfdaşıdır.” Bunu açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, bu baxımdan Prezident İlham Əliyevin Bolqarıstana səfəri mühüm əhəmiyyət kəsb edir: “Ölkəmizin başçısı bu səfər çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”u imzalayıb. İmzalanan sənədlər enerji resurslarının şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılmış vacib addım hesab edilir”.

Millət vəkili Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin 1992-ci il iyunun 5-də qurulduğunu və ötən müddət ərzində əlaqələrin yüksələn xəttə inkişaf etdiyini söyləyib: “Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd edildi. Sözsüz ki, bu müddət ərzində ölkələr arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş münasibətlər siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə inkişaf. Ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə yüksəlib. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis edilib. Bu istiqamətdə tərəflər arasında strateji dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib”.

Deputat hesab edir ki, bu ilin aprel ayının 25-də imzlanan Anlaşma Memorandumu “Həmrəylik Halqası” təşəbbüsünün reallaşmasında vacib əhəmiyyətə malikdir: “Prezident İlham Əliyevin vurğuladığı kimi “Həmrəylik Halqası” birgə geniş planların icrasında mühüm rol oynayacaq”. Bütün bunlar Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsidir. Bu bir reallıqdır ki, dünyanın bir çox ölkələri Azərbaycanın enerji diplomatiyasından bəhrələnir. Çünki ölkəmiz meqalayihələrin uğurla icra olunduğu bir məkan kimi qlobal miqyasda böyük nüfuza malikdir. Neft-qaz, yaşıl enerji layihələri ölkəmiz tərəfindən uğurla icra edilir. Sözsüz ki, Azərbaycanın uğurlu enerji strategiyası Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında vacib rol oynayır”.