YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu enerji strategiyası

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizlə dost və tərəfdaş olan ölkələrin sayı davamlı olaraq artmaqdadır. Belə ölkələrdən biri də Bolqarıstandır. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu fakt həmçinin ölkələrimiz arasında əməkdaşlıq səviyyəsinin göstəricisidir. Məhz bu səbəbdən Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumu da Sofiyada  imzalandı.

Ölkəmiz uzun illərdir ki, Avropa bazarına neft və neft-kimya məhsulları ixrac edir. Hazırda isə qaz ixracı da əsas məhsullar sırasındadır. Bu müddət ərzində Azərbaycan Avropada, eləcə də dünyada etibarlı tərəfdaş olaraq tanınıb. Ümumiyyətlə, Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Aprelin 25-də imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Azərbaycan Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və daha çox Avropa ölkəsinə qaz ixrac etmək fürsəti yaranacaq.  Bir sözlə, enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Artıq üç əsas enerji infrastrukturu layihəsi uğurla tamamlanmışdır. Bunlar Xəzərdən Aralıq dənizinə, Xəzərdən Qara dənizə gedən boru kəmərləri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizidir. Hazırda Azərbaycan bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparır. Çünki ölkəmizin kifayət qədər böyük həcmdə bərpaolunan enerji potensialı vardır. Belə ki, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır.

Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin bərpaolunan enerji potensialı haqda danışarəkən bildirdi ki, Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti  də Avropadır. Ölkə başçı həmçinin onu da qeyd etdi ki, neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr vardır. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi çoxşaxəli enerji layihələri ölkəmizin gələcək iqtisadi gücünün artmasına hesablanıb. Bu enerji layihələri eyni zamanda onu da sübut edir ki, Avrasiyanın enerji xəritəsi yenidən cızılır.