YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində flaşmob keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecin ərazisində flaşmob keçirilib.

Flaşmobda 300-dək gənc iştirak edib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq gənclər Ümummilli Liderin “imzası”, yubiley simvolu olaraq “100” və sonsuzluq formasında düzülüblər. Bununla da gənclər bir daha 100 illik yubiley ərəfəsində ulu öndər Heydər Əliyevin xatirəsinə olan sonsuz sevgi və hörmətlərini diqqətə çatdırıblar.