YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Separatçılara sərt xəbərdarlıq

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə  Prezident İlham Əliyev bir çox məsələlərə aydınlıq gətirdi, Ermənistana və separatçılara çox ciddi xəbərdarlıqlar etdi. Ölkə başçısı işğaldan azad olunmuş ərazilərin bərpasının sürətlə davam etdiyini qeyd edərək yay aylarında keçmiş köçkünlərin Laçın şəhərinə qayıdacaqlarını açıqladı. Belə ki, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir.

Danışıqlar mövzusunda fikir bilirərkən ölkə başçı diqqətə çatdırdı ki, Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Nəticə etibarilə Ermənistan Azərbaycanın yanaşması ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Azərbaycanın niyyəti ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, ölkəmizlə Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun. Prezident cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan daxili işlərini heç bir ölkə ilə müzakirə etməyəcək. Məhz Qarabağ da Azərbaycanın daxili işidir. Azərbaycan Televiziyasına verdiyi müsahibədə də Prezident İlham Əliyev növbəti dəfə bəyan etdi ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Ölkə başçısı həmçinin separatçılara da çox ciddi xəbərdarlıq edərək bildirdi ki, onlara müxtəlif yollarla dəfələrlə izah edilib ki, onlar ya Azərbaycan dövlətinin sözü ilə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar bilməlidir ki, Azərbaycanın səbri ilə oynamaq olmaz. Separatçılar bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Ölkə başçısı həmçinin qeyd etdi ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, separatçılar prosesə mane olur, qoymurlar ki, bu insanlar rahat yaşasınlar.

Prezident İlham Əliyev müsahibəsində ona da diqqət çəkdi ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması erməni hökumətinin növbəti çirkin əməlidir. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Ölkə başçısı bildirdi ki, ermənilər bilsinlər ki,  bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər. Necə ki, bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır. Ermənilər Azərbaycan bayrağını yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin idmançıları Ermənistanda - düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə böyük qələbəni əldə etdilər. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Bu bir daha sübut edir ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır.