YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP GB Füzulinin Horadiz qəsəbəsində “Dövlət Gənclər Siyasətində Qarabağlı gənclərin yeri və rolu” mövzusunda konfrans keçirib

Füzulinin Horadiz qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində qarabağlı gənclərin iştirakı ilə “Dövlət Gənclər Siyasətində Qarabağlı gənclərin yeri və rolu” mövzusunda konfrans keçirilib.

Tədbirdə Füzuli, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Cəbrayıl, Zəngilan, Ağcabədi, İmişli, Beyləqan və Xocavənd rayonlarından gənclər iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirmişlər.

YAP Füzuli rayon təşkilatı gənclər birliyinin sədri Tural Nəbiyev məruzə ilə çıxış edərək dövlət gənclər siyasətinin rayonda uğurla həyata keçirilməsindən, gənclərin rayonun ictimai-siyasi və təsərrüfat həyatında fəal iştirakından danışmışdır. Bildirmişdir ki, Füzuli rayonu əhalisinin 30 min nəfərdən artığını gənclər təşkil edir. YAP rayon təşkilatının üzvlərinin 2200-dən çoxu gənclərdir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və digər çıxış edənlər Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışmışlar.

Tədbir konsert proqramı ilə başa çatmışdır.