YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Dövlətləri fəaliyyətində qardaşlıq və dostluq prinsiplərinə əsaslanır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Türk dünyasının ən güclülərindən olan Azərbaycan və Qazaxıstan münasibətlərinin uzun tarixi vardır. Bununla yanaşı məlumdur ki, azərbaycanlılar və qazaxlar eyni kökə və mədəniyyətə malikdirlər. Bundan başqa bu xalqların dil baxımdan da yaxınlığı vardır.  Məlum olduğu kimi 2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycanda səfərdə olarkən böyük bir layihənin-Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak etmişdir. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanmışdır. 30 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Aktau şəhərində Baş Konsulluq təsis edilmiş və elə həmin ilin 6 sentyabr tarixindən fəaliyyətə başlamışdır. Cari ilin aprelin 10-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib. Görüş çərçivəsində hər iki dövlət başçılarının məhdud və geniş tərkibdə görüşü keçirilib və qardaş ölkələr arasında mühüm əhəmiyyətli sənədlər imzalanıb. Dövlət başçıları Astana şəhərində müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Əliyevin adı verilmiş küçənin açılış mərasimində iştirak ediblər. Eyni zamanda Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident öz çıxışında xüsusi məqamları ictimaiyyətin diqqətinə çatdırıb. Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Yarım ildən bir qədər çox əvvəl biz strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzaladıq. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. Bəli, bu sözlər kifayət edir ki, Azərbaycan və Qazaxıstan arasındakı dostluq, qardaşlıq və sıx əməkdaşlıq əlaqələrinə daha dəqiqliklə şahid olasan. Ona görə ki, bir çox dünya liderlərinin də dediyi kimi Prezident İlham Əliyevin sözü imzası qədər dəyərlidir və keçərlidir. Bu gün bir çox sahələrdə olduğu kim iQazaxıstan və Azərbaycan ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Hər iki türk dövləti qardaşlıq prinsipi əsasında xalqlarımızın maraqları naminə müdrik siyasət həyata keçirir.

Bildiyimiz kimi, ölkələrimiz Türk Dövlətləri Təşkilatının üzvləridir. Həmin mötəbər Təşkilat-3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Daha sonra qardaş Özbəkistan da Təşkilata qoşulmuşdur. Təşkilata üzv olan dövlətlər humanizm prinsiplərinə əsaslanır.

Bu gün Azərbaycan Qarabağın əzəli Azərbaycan torpağı olduğunu həm Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə, həm də tarixi faktlarla, mənbələr və maddi-mədəniyyət abidələri ilə bütün dünyaya sübut etdi. Ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qardaş ölkələrdən bir də məhz Qazaxıstandır. Ölkə başçılarının görüşündən sonra bir daha bu nəticəyə gəlmək olar ki, Azərbaycanla Qazaxıstan arasında olan dostluq və qardaşlıq münasibətləri əbədidir,  sarsılmazdır.

DİGƏR Xəbərlər Arxiv