YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin gələcək inkişafına böyük töhfə

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan hər zaman dünyaya dostluq, əməkdaşlıq, birlik çağırışlarını edir. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən sonra ölkəmizin xarici siyasət uğurları daha da artır. Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur.  Prezident İlham Əliyevin son illərdə Mərkəzi Asiya, o cümlədən türkdilli ölkələrə, həmin ölkələrin dövlət başçılarının isə Azərbaycana ardıcıl səfərləri münasibətlərin daha da dərinləşməsində öz sözünü deyir.

Cənab İlham Əliyev daim “Gücümüz birliyimizdədir” çağırışını edir və bunu uğurlu addımları ilə təsdiqləyir. Azərbaycan-Türkiyə birliyi, qardaşlığı türkdilli dövlətlərə nümunədir. Türk dünyası böyük ailədir. Bu ailəni narahat edən məsələlər ətrrafında fikir mübadiləsi apararaq ümumi mövqenin ortaya qoyulması dövrün əsas çağırışlarındandır.  2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevə, 2022-ci ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi, həmçinin ötən il Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı cənab İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim edilməsi qardaş ölkələrin bu illər ərzində əməkdaşlığının inkişafı istiqamətində göstərilən səylərin və qazanılan uğurların təqdimatıdır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısı İlham Əliyevin aprelin 5-də Tacikistana reallaşdırdığı səfər dost ölkəyə beşinci səfəri idi. İki ölkə arasında münasibətlərin təqdimatında əhəmiyyətli rol oynayan ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün möhkəm hüquqi baza yaradılıb. Hər bir sahədə əlaqələr yüksək səviyyədədir. Əməkdaşlıq parlament səviyyəsində də uğurla inkişaf edir. Tacikistanın Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.

Sözügedən səfər zamanı Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri zamanı iki ölkə arasında ayrı-ayrı sahələrdə əlaqələrin dünəni və bu günü geniş müzakirə edilərək perspektivlər açıqlandı. Münasibətlərdə möhkəm təməlin mövcudluğu əməkdaşlığın yeni prioritetlər üzrə inkişafına stimul verir. Səfər zamanı imzalan çoxsaylı sənədlərin hər biri ayrı-ayrı sahələrdə əlaqələrin inkişafını daha da sürətləndirəcək. Cənab İlham Əliyev qarşılıqlı səfərlərin münasibətlərin dinamikasına dəlalət etdiyini önə çəkərək bildirdi ki, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq: “Mən əsla şübhə etmirəm ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik. Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqlar yerinə yetiriləcək. Əminəm ki, nəticələr bizi sevindirəcək.”

Qeyd edək ki, bu günədək iki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Dövlət başçısı İlham Əliyevin sözügedən səfəri zamanı imzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” diqqətdən kənarda qalmır. Bu səfər, eyni zamanda, tarixi Zəfərimizin reallıqlarının təqdimatı baxımından da diqqətdə oldu. Şuşa-İsfara qardaşlaşması əlaqələrin gələcək inkişafına böyük töhfə olacaq.