YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etibarın bariz təzahürü

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

11 aprel 2018-ci il tarixdə ölkəmizdə keçirilən Prezident seçkilərində ­cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın öz liderinə olan inam və etibarının bariz təzahürü idi. 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirmiş oldu. Xalq öz müstəqil seçimi ilə işıq və parlaq gələcəyinə səs vermiş oldu.

Qeyd edək ki, azad və demokratik şəraitdə keçirilən seçkilərdə ölkə Prezidenti İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin, yəni 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Ölkə Prezidenti İlham Əliyevin 2003-2018-ci illərdə  həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə bütün istiqamətlərdə davamlı inkişaf tempi qeydə alınmışdır. Kənd təsərrüfatı, nəqliyyat, regionların inkişafı konsepsiyaları, ordu quruculuğu  sahəsində inkişaf göstəriciləri yüksək səviyyədə olmuşdur. 

Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına yönələn siyasəti insan amili üzərində qurulub və bunun nəticəsi olaraq regionların inkişafına yönələn proqramlarda sosial təyinatlı obyektlərin tikilməsi, yenidən qurulması xüsusi diqqət mərkəzindədir.

Qeyd edək ki, Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb.

Hər zaman öz xalqına böyük diqqət və qayğı ilə yanaşan cənab İlham Əliyev əhalinin sosial problemlərinin həllinə, insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına ciddi önəm vermişdir. Məhz bu kimi amillər xalqın alternativsiz lider olan ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsini şərtləndirən meyarlardan biridir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, 44 günlük şanlı Vətən Müharibəsində xalqımız Ali Baş Komandanımız, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan tarixi Zəfərə imza atdı.

Reallıq ondan ibarətdir ki,  44 günlük Vətən Müharibəsində xalqımız 30 il davam edən işğala son qoymaq üçün ölkə Prezidentinin ətrafında sıx birləşdi, gücünü, iradəsini ortaya qoyaraq ədaləti və beynəlxalq hüququ bərpa etdi.

DİGƏR Xəbərlər Arxiv