YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin iclası keçirilib

Aprelin 7-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin növbəti iclası keçirilib.

İclasda Gənclər Birliyinin 2023-cü ilin I rübü ərzindəki fəaliyyəti təhlil edilib və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müzakirəyə çıxarılıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Birliyin cari ilin ilk 3 ayı ərzində gördüyü işlərin məhsuldar olduğunu bildirib. Qeyd edib ki, yanvar ayında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının dəvəti ilə Türkiyənin Ankara şəhərində səfərdə olan YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin Prezidenti, AK Parti Sədri Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. B.İslamov bu səfərin hər iki ölkənin hakim partiyalarının gənclər təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

Ötən ilin əvvəlindən ali təhsil müəssisələrində “YENİ Klub”ların formalaşdırılması prosesinə başlanıldığını qeyd edən Bəxtiyar İslamov bu istiqamətdə həyata keçirilən fəaliyyət haqqında məlumat verib. B.İslamov qeyd edib ki,  YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır. Bu məqsədlə fevral ayı ərzində “YENİ Klub”ların tərkibində fəaliyyət göstərəcək gənclərin müəyyənləşdirilməsi üçün bir sıra müsahibələr və təlimlər keçirilib. İlkin mərhələdə 11 ali təhsil müəssisəsinin nəzdində “YENİ Klub”ların təsis toplantısının keçirildiyini vurğulayan B. İslamov bu təşəbbüsün gələcəkdə də davam etdiriləcəyini bildirib.

İclasda iştirak edən “YENİ Klub”ların rəhbərləri onlara göstərilən etimada və dəstəyə görə YAP Gənclər Birliyinə öz təşəkkürlərini bildiriblər. Birliyin üzvləri öz növbəsində “YENİ Klub”ların rəhbərlərinə uğurlar arzulayıblar.

Sonda YAP Gənclər Birliyinin qarşıdakı dövrdə həyata keçirəcəyi fəaliyyətə dair müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.