YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız xoşbəxtliyinə səs verdi

“2018-ci il aprelin 11-də ­cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 5 il ötür. Seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 faizi iştirak etmiş və şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin, yəni 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Seçkilərdə yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Demokratik və hüquqi dövlət quruculuğu prosesində inamla addımlayan, inkişaf edən dövlətimiz və xalqımız üçün 2018-ci ildə keçirilmiş seçkilər də mühüm uğurlardan biridir”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə əsası ümummilli lider tərəfindən qoyulan siyasi xəttin dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir ki, dövlətimiz mühüm islahatlara imza atıb. 1990-cı ilin əvvəllərində yenicə müstəqilli qazanmış ölkəmizin müstəqilliyini itirimək təhlükəsindən xilas etməsi, dövlətçiliyimizin sarsılmaz dayaqlar üzərində möhkəmləndirilməsi, daxili böhran, xaotik vəziyyətin və vətəndaş müharibəsi fəlakətinin aradan qaldırılmasından sonra ulu öndər Heydər Əliyev xalqımızın əsl qəhrəmanına çevrildi. Onun dövlətimiz və xalqımız qarşısındakı xidmətləri əsrlər boyu xatırlanacaq və gələcək inkişafımıza əsl mayaq olacaq: “2018-ci ilin Prezident seçkilərində xalqımızın yenidən dövlət başçısı İlham Əliyevə etimad göstərməsi, eyni zamanda ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarına xalq tərəfindən verilən dəyərin və qiymətin bariz nümunəsi idi. Xalqımız ən çətin anlarında dahi şəxsiyyətin xilaskarlıq missiyasını unutmur və bu siyasətin davamını gələcək tərəqqinin bünövrəsi hesab edir. Bir sözlə, strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Məhz bu səbəblərdən 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir və seçilərin nəticəsi xalqın inam və etibarını ehtiva edir”.

Rayon təşkilatının sədrinin bildirdiyinə görə 2018-ci ilin Prezident seçkilərinin nəticələrini beynəlxalq təşkilatlar tanıyıb və legitimliyi var. Dünya dövlətləri uzaqgörən siyasi və dövlət xadimi İlham Əliyevin qətiyyətli siyasətinin seçkilərin nəticələrinə təsirini etiraf etdilər. Həmçinin 2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xalq 2018-ci ildə Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara və bu islahatların davam etdirilməsinə, bir sözlə, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyinə səs vermiş oldu. Dövlət başçısı İlham Əliyevin də çıxışlarının birində qeyd etdiyi kimi, “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”