YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Mədəniyyətə bağlı ömür”

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı “Heydər Əliyev ili” ilə əlaqədar “Mədəniyyətə bağlı ömür” adlı tədbir keçirib.

“Mədəniyyət işçiləri” ərazi partiya təşkilatında təşkil olunan tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayıb. Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir

Tədbir mədəniyyət işçilərinin ifaları ilə başa çatıb.