YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sonsuz güvən

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz yeni inkişaf dövrünə qədəm qoymuşdur. Cənab Prezident bütün dünya dövlətləri tərəfindən qəbul edilən müasir və görkəmli dövlət xadimidir. 44 günlük Vətən müharibəsi dövründə dünya mətbuatına verdiyi müsahibələrlə Azərbaycan xalqını bir daha zəkasına, dünya görüşünə heyran olmuş, qəlblərdə qalib sərkərdəyə çevrilmişdir.

Prezdinet İlham Əliyev 2018- ci ildə növbəti dəfə Prezident seçildikdən sonra  andiçmə mərasimində qeyd etmişdir ki, “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdirki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.

Ölkəmizin  dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləridir. Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, görülən işlərə səs verib. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verib.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə artan beynəlxalq nüfuzuna da xüsusi diqqət yetirməliyik. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatic uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.

Dünyanın dövlətçilik tarixinə nəzər yetirdikdə fərqinə varırıq ki, iqtisadi gücü olan dövlətlər dünya dövlətləri arasında söz sahibi olur. Cənab İlham Əliyev öz siyasi proqramını bu istiqamətdə qurmasını  açıq şəkildə görürük. Buna görə də  cənab Prezidentimizin  hakimiyyəti dövrünü iqtisadi yüksəliş dövrü kimi qiymətləndirməliyik

Ümummilli lider Heydər Əliyevin yenidən yaratdığı, Prezident İlham Əliyevin inkişaf etdirdiyi, yeni və çiçəklənən Azərbaycanı aydın görən, Vətən müharibəsinin üzə çıxardığı reallıqların nəticəsi olaraq dünyanın və regionun siyasi mənzərəsini hər zamankından daha dərin dərk edən Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı, dünya azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşib, onun yürütdüyü daxili və xarici siyasətə sonsuz güvənir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı və Azərbaycan xalqının səmimi sevgisini qazanan Liderdir.

DİGƏR Xəbərlər Arxiv