YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Səbinə Xasayeva seçiciləri qəbul edib

Aprelin 5-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Puta  bələdiyyəsinin inzibati binasında bir qrup vətəndaşı qəbul edərək onların problemlərini dinləyib. Qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə və işıqlandırılmasına, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün qəsəbədə parkın qurulmasına, 184 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin sayının normadan xeyli artıq olmasını nəzərə alaraq məktəb üçün əlavə korpusun tikintisinə, əhalinin qaz və su ilə fasiləsiz təmin edilməsinə, qəsəbədə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsinə, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq proqramına cəlb olunmalarına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Qaradağ rayon icra hakimiyyəti başçisinin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Dünyamalıyev və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı iştirak ediblər.