YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yenidən qurulan şəhər

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etdi. Qəbul zamanı Prezident İlham Əliyev çıxışında bir sıra vacib məsələlərə toxundu və tarixi həqiqətləri diqqətə çatdırdı. Laçın rayonunun yüksək potensialı, beynəlxalq əhəmiyyəti, rayon ərazisində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında bəhs edən Azərbaycan Prezidenti, ermənilərin işğal dövrü zamanı Laçında həyata keçirdiyi vandalizm və terror siyasəti haqqında da məlumat verdi və bildirdi ki, Laçında həyata keçirlən bərpa-quruculuq işləri ilə bərabər təhlükəsizlik məsələri də yüksək səviyyədə təmin olunur. Rayonun yenidən qurulması ilə bağlı işlərə müharibə başa çatan kimi başlanılsa da Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan etibarən həyata keçirilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. İşlər yekunlaşdıqca keçmiş köçkünlərin də Laçına qayıdışı təmin olunacaq. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq. Bütün bu işləri cari ilin sonuna qədər başa çatdırmalıyıq. Ölkə başçısı qeyd etdi ki, Laçına qayıdacaq hər bir keçmiş məcburi köçkün ətraf mühiti qorumalıdır, Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalı, bir sözlə, Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Laçın, nəinki Azərbaycanın, dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, şəhərin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var. Bu, bir cənnət məkan olacaqdır. Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilib, Heydər Əliyev Fondunun xətti ilə burada məscid inşa ediləcək. Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Həmçinin, Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı da vardır.

Dövlət başçımız görüş zamanı Laçın rayonuun ölkəmizin ən böyük rayonlarından biri olmasını və çox böyük potensiala malik olmasının vurğulayıb. Qeyd edib ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra Laçında rahat yaşamaları Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, yeni idarəetmə üsulu tətbiq edilməlidir. Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bütün bunlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və gələcək inkişafı üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Laçın şəhəri də sürətlə yenidən qurulur. Tezliklə şəhər dağlar qoynunda cənnəti xatırladan məkana çevriləcək.