YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi”

Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə həsr olunan “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi” mövzusunda II elmi-praktik konfrans keçirilib.

Konfransda şəhər partiya təşkilatının nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransın açılışında çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, MDU-nun rektoru Şahin Bayramov bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində birgə silsilə tədbirlərdən sayca ikincisi olan bu konfrans Ulu Öndərin memarı olduğu müasir və müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi titanik və misilsiz fəaliyyətlərin bir sıra aspektlərinin elmi-praktik əsaslarının öyrənilməsi və təbliği məqsədini daşıyır. Eyni zamanda, əbədiyaşar liderin zəngin irsinin gənc nəslə ötürülməsi baxımından bu cür tədbirlərin davamlı təşkilinin önəmi diqqətə çatdırılıb və konfransın işinə uğurlar arzulanıb.

Açılış nitqlərindən sonra “Dahi şəxsiyyət, uzaqgörən lider: Heydər Əliyev” adlı videoçarx nümayiş etdirilib.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.