YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sağlam rəqabətə çağırış

Nurəddin İbrahimov

YAP Gəncə şəhər təşkilatı sədrinin müavini

Son illər Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar bütün sahələrdə müsbət nəticəsini göstərərək, ölkəmizi regionun lider dövlətinə çevirib. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın siyasi, hərbi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar ölkənin dünyadakı nüfuzuna böyük təsir göstərib.

Beynəlxalq aləmdə layiqli yer tutan, imzalar içərisində imzası olan ölkəmiz siaysi münasibətlərin inkişafında da yeni mərhələyə qədəm qoyub. Ölkə Prezidentinin siyasi dialoq təşəbbüsləri Azərbaycanda demokratik ənənələrin dərinləşməsinə, yeni siyasi konfiqurasiyanın formalaşmasına təkan verən amillərdəndir. Eyni zamanda, ölkədə siyasi dialoq mühitinin inkişafı siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Yeni qanunun hazırlanması, qanuna dair təkliflərin təqdim olunması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəflərinin cəlb olunması dövlətimizin demokratik prinsiplərə sadiqliyinin təzahürüdür. “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı formalaşan yeni siyasi konfiqurasiyasının təzahürüdür.

Onu da qeyd edək ki, ölkəmizdə siyasi proseslərdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” Dövlətimizin başçımız cənab İlham Əliyevin bu fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin təsdiqidir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışında siyasi dialoqa xüsusi diqqət yetirərək, demişdir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Beləliklə, iqtidarın dialoq təşəbbüslərinin əsas məqsədi siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasıdır. 44 günlük Vətən müharibəsində qazanılan böyük tarixi Zəfər zamanı siyasi partiyaların həmrəylik nümayiş etdirməsi, milli maraqlar ətrafında bilik nümayiş etdirməsi Azərbaycanda demokratik ənənələrin formalaşmasının təzahürüdür. Artıq müzəffər Azərbaycan xalq siyasi münasibətlərdə də yeni keyfiyyət mərhələsinə qədəm qoymaqdadır. Siyasi partiyalarla hakimiyyət arasında siyasi dialoq mühitinin milli dövlətçiliyik və demokratik ənənələri ilə inkişafı Azərbaycanın dünya birliyində nüfuzunun daha da artmasına xidmət edəcək.