YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhə sadiqlik...

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri           

44 günlük Vətən müharibəsi Azərbaycan, o cümlədən dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Qarabağ münaqişənin sülh yolu ilə nizamlanması, torpaqlarımızın işğaldan azad edilməsi üçün 30 ilə yaxın aparılan danışıqlar prosesində iştirak etməklə, sülhə sadiqliyini göstərmişdir. Lakin qarşı tərəf ötən müddət ərzində danışıqlar prosesində irəliyə getmək üçün hər hansı addım atmadı. 30 il ərzində işğal olunmuş ərazilərimizlə sərhəddə düşmən tərəfindən dəfələrlə atəşkəs pozulmuş, hər dəfə düşmən cavab atəşi ilə susdurulmuşdur. Bütün bunlar isə xalqımızın əsəblərini tarıma çəkirdi. Dünyada ədalətin yox,  güc amilinin  ön plana çıxdığını görən dövlətimiz ədaləti özü bərpa etdi. Beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasına məhəl qoymayan, Ermənistana öz yerini göstərdi. Azərbaycan dövləti 44 gün Vətən müharibəsində gücünü nəinki Ermənistana, bütün dünyaya göstərdi.Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu od-alov düşməni sözün əsil mənasında məhv etdi.

Vətən müharibəsi adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq iki ildən çox zaman keçib. Müharibədən yeni çıxmış bir ölkənin azad edilmiş ərazilərdə bərpa işlərini sürətlə aparması doğrudan da heyrətamizdir. Qarabağ tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, qəsəbələr tikilir. Sözsüz ki, Qarabağda aparılan tikinti-quruculuq işləri Azərbaycan dövlətinin gücünün və potensialının göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasən, işğaldan azad olunan ərazilərin müasir yanaşmalar əsasında hazırlanan Baş Planları uğurla həyata keçirilir. Baş Planların hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Prezident İlham Əliyev çıxışlarında əminliklə bildirib ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Qarabağın infrasturukturu yenidən qurulacaq. İlkin mərhələdə zəruri infrastrukturun qurulması həm insanların doğma yurd yerlərinə qayıtmalarını təmin etmək, həm də işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatını qurmaq baxımından zəruridir. Bütövlükdə, dövlətimizin başçısının vurğuladığı kimi: “Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq”. Mənfur düşmənin xarabalığa çevirdiyi Qarabağın artıq yeni növrağı başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərə səlahiyyətli nümayəndələrin təyin edilməsi effektiv idarəçiliyə, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulmasına, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həllinə zəmin yaradır. Dövlətimizin bu böyük uğurlara nail olmasının başlıca səbəbi əlbəttə ki, cənab İlham Əliyev kimi qətiyyətli və prinsipial bir Liderə sahib olmasıdır.