YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrün başlanğıcı

“Siyasi sistemdə yenilik, dialoq mühitinin inkişaf etdirilməsi yeni dövrün başlanğıcıdır.” Bu fikirləri Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib. O qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun həm siyasi təşkilatların təkmilləşməsinə, güclənməsinə, həm də siyasi qüvvələr arasında sağlam dialoqa öz töhfəsini verəcək: “Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını “Dünənin, bu günün, sabahın partiyası” adlandırmışdır. Bəli bu gün də Yeni Azərbaycan Partiyası yeniləşir, gəncləşir. Heydər Əliyev siyasi ənənələri Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilir. Cənab Prezident siyasi dialoq təşəbbüsləri ilə mütamadə çıxışlar edir. Prezident İlham Əliyevin “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var” sözləri bu gün də aktuallığını qorumaqdadır”.

Abbas Əliyevin fikrincə yeni Qanunla bağlı “Siyasi partiyalar haqqında” ifadə olunan narazılıq edənlər sağlam rəqabətdən qaçanlardır: “Yeni qanun yalançı statistikanı ortadan qaldırır. Faktiki üzv sayı tələb edir. Bu isə özünü güclü partiya adlandıran bəzi qurumların işini çətinləşdirir. Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar.  Siyasi partiyalar arasında dialoq mühiti xüsusilə, son illər daha ciddi xarakter alıb. Fərqli mövqelərə baxmayaraq siyasi partiyaların arasında dialoq mühitinin yaradılması və davam etdirilməsində Yeni Azərbaycan Partiyasının hazırkı yanaşmalarının rolu danılmazdır. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.”

Abbas Əliyevin sözlərinə görə müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı siyasi diqaloq üçün ortaq mövzulardır: “Ölkəmizin gələcək inkiafına xidmət edən siyasi dialoq platformalarının yaradııması siyasi partiyaların dövlətçilik ideyaları ətrafında birləşməsinə əhəmiyyətli təsirini verəcəkdir. İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.”