YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın, soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova 31 Mart soyqırımı hadisələrinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirib. Qeyd edib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər.

Tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev 31 mart soyqırımının tarixi mahiyyətindən danışıb, əsrlər boyu xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti və insanlıq əleyhinə cinayətlərdən bəhs edib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə soyqırımı həqiqətlərinin tanıdılması üçün mühüm addımlar atılıb. Ulu Öndər “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva, rayon ağsaqqalı Zakir Vəliyev 31 Mart soyqırımının öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrildiyini vurğulayıblar.