YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi

Martın 29 da Astara Rayon İcra Hakmiyyəti və Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilmişdir.

Konfransda Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının rəhbər şəxsləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Konfrans Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” sənədli filminin nümayişi ilə davam etdirilmişdir.

Konfransda Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Pensər kənd 2 saylı tam orta məktəbin direktoru Faiq Həsənov, Çayoba kənd tam orta məktəbin direktoru Sərraf Əhmədov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara şəhər 1 saylı məktəbin direktoru Xədicə Əliyeva, Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim-travmatoloqu Cahangir Əliyev, Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulova, Şuvi kənd tam orta məktəbin direktoru Adil Rzayev, rayon ziyalıları Ələsgər Əliyev, Əlikişi Əliyev və şairə Dilarə Əliyeva mövzu ilə əlaqədar çıxış etmişlər.

Qeyd edilmişdir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyət, dahi dövlət xadimdir: “Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə milli dövlətçilik düşüncəsi, təhsilin, mədəniyyətin, xalq təsərrüfatının inkişafı üçün böyük işlər görülüb. 1993-cü ilin iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqının tarixində dönüş nöqtəsi yarandı.”

Konfransda Ümummilli Lider Heydər Əliyevlə görüşmüş ziyalıların xatirələri böyük maraqla dinlənilmiş, Ulu Öndərin Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlərindən danışılmışdır.