YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ehtiramla anırıq!

Biləsuvarda Vətən müharibəsi şəhidi Məmmədov İlkin Fərhad oğlunun 21-ci doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə, partiya fəalları şəhidin ailəsini ziyarət ediblər.

Görüşdə şəhidin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları dinlənilib.

Daha sonra Bəydili kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.