YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik zirvəsi

Lerik rayonu Piran kəndində Vətən müharibəsi şəhidi gizir Cabbarov Vidadi Cəbrayıl oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Ramil Məmmədov, YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev, kənd sakinləri şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, şəhid Vidadi Cabbarov 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub. 2020-ci il oktyabrın 20-də Qubadlı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.