YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ağalar Vəliyev Novruz bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatları göndərib

Milli Məclisin deputatı Ağalar Vəliyev Novruz bayramı münasibətilə 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə təbrik ünvanlayıb və onlara ən xoş arzularını yetirib. 

Təbrikdə deyilir ki, Novruz bayramı Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün və ənənələrinin, milli varlığının və mədəni sərvətlərinin dolğun təcəssümü olan müqəddəs el bayramdır.

Artıq üçüncü ildir ki, xalqımız bu bayramı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə etdiyimiz böyük zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və  yenidənqurma  işlərindən, eləcə də Böyük Qayıdışımızdan doğan qürur və fəxarət hisslərilə qeyd edir. 

Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi bundan sonra da əbədi yaşayacaq. Novruz bayramı günlərində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur və igid  qazilərimizə şəfa dilənir. 

Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə Novruz bayramı münasibətilə Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan 30-dan çox yaşayış məntəqəsində 1 015 şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb. 

Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.