YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda sosial aksiya...

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı  Novruz bayramı münasibətilə sosial aksiya keçirib.

YAP Nizami rayon təşkilatında Novruz bayramı münasibətilə müharibə əlilləri, veteranları və iştirakçıları ilə görüş keçirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov, Nizami Bələdiyyəsi sədrinin I müavini Heydər Rəhimov və başqaları çıxış ediblər, müharibə əlillərinə, veteranlarına və iştirakçılarına göstərilən dövlət dəstəyindən söz açıblar.

Qazilər də görüşdə çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Görüşün sonunda müharibə əlillərinə, veteranlarına və iştirakçılarına bayram sovqatları verilib.

Həmçinin YAP Nizami rayon təşkilatının fəalları və könüllüləri Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər. Onları Novruz bayramı münasibətilə təbrik edib və bayram sovqatlarını təqdim ediblər.

Ünsiyyət zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.

Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.