YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Həmişə sizinləyik”

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı Novruz bayramı münasibətilə şəhid ailələri üçün “Həmişə sizinləyik” adlı yardım aksiyası keçirib. Aksiya çərçivəsində İmişli rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib, onlara bayram sovqatları paylanılıb.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev şəhidlərə Allahdan rəhmət, onların ailələrinə səbir diləyib. 44 günlük müharibədə yüzlərlə imişlili gəncin qəhrəmanlıqla döyüşdüyü, adları hərb tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğunu vurğulanıb. Qeyd olunub ki, hər birimiz şəhid ailələrinə və qazilərimizə yüksək diqqət və qayğı göstərməyə borcluyuq.