YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mümkünsüzü mümkünə çevirən...

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Bu gün Azərbaycanda müstəqil, çoxşaxəli və milli maraqlarımızın qorunmasına hesablanmış müdrik xarici siyasət kursu həyata keçirilir. Bu unikal siyasətin müəllifi gücünü xalqından alan, verdiyi bütün vədləri tamlıqla yerinə yetirən, qeyri-mümkünsüzü mümkünə çevirən, sözü ilə əməli vəhdət təşkil edən, böyük intellektə və qətiyyətə malik Prezident İlham Əliyevdir. Təkcə son bir ay ərzində Ölkə başçımız İlham Əliyev ümumilikdə 22-dən çox - dövlət başçısı və digər yüksək səviyyəli şəxslərlə görüş keçirilib.  Bu fakt bir daha sübut edir ki, cənab Prezident ölkəmizin dünyada nüfuzunun artması, etibarlı tərəfdaş kimi tanınması istiqamətində gecə-gündüz yorulmadan çalışır.

Qeyd edək ki, hazırda dünyada hökm sürən yüksək gərginlik, beynəlxalq münaqişələr və qeyri-sabit proseslər fonunda dövlət başçımız İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçüb biçdiyi siyasət və yüksək diplomatik addımları nəticəsində ölkəmiz bütün mənfi təsirlərdən tam kənardadır və Azərbaycanın dünyadakı nüfuzu və qüdrəti günbəgün artmaqdadır.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət dünyanın bütün dövlətləri və əsas güc mərkəzləri tərəfindən də təqdir edilir, yüksək qiymətləndirilir. Beynəlxalq təşkilatlar, aparıcı siyasi xadimlər Azərbaycan Prezidentinin siyasi fəaliyyətini nümunəvi fəaliyyət olaraq qeyd ediblər.

Bizləri qalib xalqa çevirən, inkşafımızın əsası və xoşbəxt gələcəyimizin təminatı  olan cənab İlham Əliyev siyasəti gücümüzə güc, dostlarımıza sevinc, düşmənlərimizin yuxusuna isə haram qatmaqdadır.