YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədi sülhə çağırış...

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Qlobal Bakı Forumu - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. Bu və ya ölkəmizin ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlər Azərbaycanın dünyada tanındığını, beynəlxalq səviyyəli hörmət və nüfuz sahibi olduğunu sübuta yetirir. Bu gün Azərbaycan dostluq əlaqələri əsasında dünyanın bir çox dövləti ilə yaxın əməkdaşlıq edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün beynəlxalq platformalarda çıxış edərkən, daim bir məsələnin vacib əhəmiyyətini vurğulayır və bütün dünya dövlətlərini bir platformada birləşdirəcək əbədi sülhə çağırış edir. Bu sadəcə siyasi, diplomatik və ya tarixi məsələ deyil. Cənab Prezidentin sülh və humanizm prinsiplərinə əsaslanan bu mötəbər fikirləri ümumilikdə insani, əxlaqi və ən ali dəyərlərə söykənir, həm də dünya əhalisini sülh, harmoniya şəraitində yaşamağa təşviq edir. Və hesab edirəm ki, bu böyük addımlardan sadəcə layiqli nəticə çıxarmaq lazımdır. Bu ideal fikirlərin əksinin baş verməsi məhz dünyanı və dünya əhalisini məhvə, acınacaqlı vəziyyətə doğru sürükləyəcəkdir. Prezident İlham Əliyev həmin tədbirdə qeyd etdiyi sözlər məhz humanizmə, dostluğa, birliyə çağırışın bariz nümunəsidir. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik.

Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

Hər bir müstəqil dövlətin əsas geosiyasi vəzifəsi öz milli ərazisi çərçivəsində vahid milli-dövlət strukturunu, mərkəzləşmiş dövlət idarəçilik sistemini və suveren dövlət hakimiyyətini yaratmaq, möhkəmlətmək və daimiliyini təmin etməkdən ibarətdir. Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin dahi ideyalarını layiqincə davam etdirən Ölkə Prezidenti İlham Əliyev öz müdrik siyasi fəaliyyətində məhz Azərbaycan xalqının maraqları prioritet təşkil edir və böyük inkişaf yolu keçən qüdrətli Azərbaycan beynəlxalq müstəvidə öz layiqli yerini tutur!