YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisinin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Elman Nəsirov 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan Uzuntəpə kəndində seçicilərlə görüş keçirib.

Görüşdə şəhid atası Əlizamin Qənbərov, qazi atası Namiq Qəmbərov, qazilər- Əbülfəz Fərzəliyev, Ləyaqət Əliyev, Tacir Cəfərov, Ruhid İsayev, Emil Heydərov, Cavid Paşayev, Əhməd Şirəliyev, Əli Həsənov, Məhəddin Hüseynov, Fəqan Əliyev, Əliağa Əliyev və kənd sakinləri iştirak ediblər.

Görüş zamanı bəzi məsələlər yerindəcə öz həllini tapıb, bir qismi isə nəzarətə götürülüb.

Görüş iştirakçıları onların problemlərinin həlli istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürlərini ifadə ediblər.