YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər daim hörmətlə xatırlanır!

Yasamal rayonunda Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamlet oğlunun ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Z.Xəlilov küç.35” (53 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi şücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edərək, belə igid oğullar böyütdükləri üçün şəhid valideynlərinə minnətdarlıq olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Nurlan Mustafayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.